"Dünya “cəngəllik qanununa” qayıdır"

"Dünya “cəngəllik qanununa” qayıdır" Dünya

Dünyada “cəngəllik qanununa” qayıdış riski artır".

News24.az xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yİ Pekində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşdə səsləndirib.

“Bəzi ölkələr qaydaları güc yolu ilə pozur və əməkdaşlığı qorxu ilə əvəz edir”, — deyə o qeyd edib.

V.Yi həmçinin vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq nizam da zərbə altındadır və görünməmiş sınaqlarla üzləşir.

Onun sözlərinə görə, BMT-nin mərkəzi rol oynadığı beynəlxalq sistemi də etimad böhranı yaşayır. /RİA/