Donald Trampın qudası səfir təyin edildi

Donald Trampın qudası səfir təyin edildi Dünya

ABŞ Senatı Prezident Donald Trampın qudası Çarlz Kuşnerin Amerikanın Fransadakı növbəti səfiri vəzifəsinə namizədliyini təsdiqləyib.

News24.az xəbər verir ki, onun namizədliyi 51 lehinə, 45-i əleyhinə olmaqla təsdiq edilib.

Çarlz Kuşner Parisdəki vəzifəsindən əlavə ABŞ-nin Monakodakı səfiri vəzifəsini də icra edəcək.

2004-cü ildə vergidən yayınmada günahını etiraf etdikdən sonra həbs edilən keçmiş vəkil Kuşner 2020-ci ildə birinci müddətinin sonuna yaxın Donald Tramp tərəfindən əfv edilib.

2009-cu ildə Trampın böyük qızı İvanka ilə ailə quran Çarlz Kuşnerin oğlu Jared Kuşner ilk prezidentlik dövründə Trampın müşaviri olub.