Dördəm və ondan yuxarı uşaqlı ailələrə - ev veriləcək
Dünya
İranın Qadın və Ailə Məsələləri üzrə vitse-prezidenti Ansiye Hazali gələn ildən ailələrə dördəm və ondan yuxarı uşaqlar üçün pulsuz evlərin veriləcəyini açıqlayıb.
News24.az "Haber Global"-a istinadla xəbər verir ki, İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Ensiye Hazali beşəmləri dünyaya gələn Qazelfeslu ailəsi ilə görüşüb.
Ailəni təbrik edən Hazalı "Hazırda dövlət əhalinin cavanlaşması ilə bağlı qanunla uşaqlı ailələrə ev almaqda köməklik göstərir. Biz istəyirik ki, yeni illə bu qanunu genişləndirək, dördəm və ondan yuxarı uşaqlı ailələrə evlər verək".
İran əhalisinin qocalması ilə mübarizə çərçivəsində əhalinin artımını təşviq edən siyasətlər həyata keçirilir. Nəhayət, ölkədə analıq məzuniyyəti 6 aydan 9 aya qaldırıldığı halda, atalara 2 həftəlik məzuniyyət verilib. Əvvəlki illərdə hər uşağa qızıl yardım edən İran “bir ailəyə iki uşaq” siyasətini həyata keçirirdi.
Hökumətin əhalini cavanlaşdırmaq məqsədi ilə müxtəlif stimullaşdırıcı siyasətlər həyata keçirməsinə baxmayaraq, ölkəyə qarşı embarqolar, işsizlik və inflyasiyanın artması iranlıların uşaq sahibi olmaq fikrini gecikdirməsinə səbəb olur. Bir ailəyə orta hesabla 1,8 uşaq düşdüyü İranda ekspertlər 20 ildən sonra ölkədə əhalinin artımının dayanacağından narahatdırlar.
Aydan