Dortmundda silahlı şəxs iki uşağı girov götürdü

Dortmundda silahlı şəxs iki uşağı girov götürdü Dünya

Almaniyanın Dortmund şəhərində silahlı bir kişi iki uşağı girov götürüb.

News24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, əvvəlcə o, restoranda dava salıb və polis əməkdaşına atəş açıb. Daha sonra isə evə girərək iki uşağı girov götürüb.

Hazırda onun saxlanılması və girovların azad edilməsi istiqamətində iş aparılır.