Dövlət katibi barda gitara çaldı, - mahnı oxudu - VİDEO

Dövlət katibi barda gitara çaldı, - mahnı oxudu - VİDEO Dünya

Rusiya-Ukrayna müharibəsində Kiyevə verdiyi güclü dəstəyi ilə seçilən ABŞ dövlət katibi Antoni Blinken güclü dəstəyini bir daha vurğulamaq üçün Kiyevə gedib.

News24.az xəbər verir ki, Blinken Kiyevə səfəri zamanı bara gedib, orada gitara çalıb və mahnı oxuyub.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sosial media hesabında Blinkenin bardakı fotosunu paylaşaraq, "Ukrayna azad dünya üçün ayağa qalxıb, azad dünya isə Ukraynanı dəstəkləyir" deyib.

"UKRAYNANIN BÖYÜK DOSTU"

Blinken məkanda “19.99” qrupu ilə gitara müşayiəti ilə Nil Yanqın “Rockin' in the Free World” mahnısını ifa edib.

Qrupun solisti Dmitri Temni Blinkenin "gitarada yaxşı ifa etdiyini" deyib. 62 yaşlı xarici işlər naziri səhnədə özünü "Ukraynanın böyük dostu" kimi təqdim edib.

Oxumağa başlamazdan əvvəl çıxış edən Blinken əvvəlcə ABŞ-ın Ukrayna xalqına dəstəyini ifadə edərək, Ukraynanın azadlıq mübarizəsinə həsr olunmuş mahnını oxumağa başlayıb.

Günel Məlikzadə