Dörd il sonra birləşdilər…

Dörd il sonra birləşdilər… Dünya

Seulda uzun fasilədən sonra son illərin ən uğurlu Cənubi Koreya qrupu BTS-in dönüş konserti baş tutub.

News24.az xəbər verir ki, şəhərin tarixi mərkəzində yerləşən Kvanhvamun meydanına təxminən 105 min tamaşaçı toplaşıb. Şəhər rəhbərliyinin hesablamalarına əsasən isə konsert üçün digər regionlardan və xaricdən ümumilikdə 250 minə yaxın insan Seula gəlib.

Qrupun yeddi üzvü – RM, Jin, Suga, J-Hope, Jimin, V və Jung Kook – həm ölkələrində, həm də dünya üzrə böyük populyarlığa malikdir.

Konsertdən bir gün əvvəl onların çoxdan gözlənilən “Arirang” albomu təqdim olunub. Bu çıxış isə 2022-ci ilin oktyabrından sonra qrupun ilk birgə səhnə performansı olub.

Xatırladaq ki, qrup populyarlığının zirvəsində olarkən üzvlər məcburi hərbi xidmətə görə fasilə götürdüklərini açıqlayıblar. İlk olaraq 2022-ci ildə Jin orduya yollanıb, sonuncu isə ötən ilin iyununda xidmətini başa vuran Suga olub. Bununla da qrup yenidən birləşib.