Duqinanın qətlini kim törədib? - "Washington Post”dan MÜHÜM AÇIQLAMA
Dünya
Darya Duqinanın qətli Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən təşkil edilib.
News24.az Ordu.az-a istinadla xəbər verir ki, “The Washington Post“ nəşri mənbələrinə istinadən belə bir iddia irəli sürüb.
Nəşrin mənbələri bildirib ki, partlayışı həyata keçirən şəxslər Ukrayna vətəndaşı Natalya Vovka məxsus avtomobildə olan əşyaların birində partlayıcı komponentlər üçün gizli bölmə quraşdırıblar.
Xatırladaq ki, Rusiyalı filosof-təbliğatçı Aleksandr Duqinin qızı Darya Duqina ötən ilin 20 avqustunda "Land Cruiser Prado" avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib.
Hadisədən öncə Duqina rus işğalında olan Mariupoldan qayıdıb. O, Ukraynada aparılan müharibədə Kremli dəstəkləyib.