Döyüş meydanında robotlar – Çin hərbi sahədə yeni mərhələyə keçir
Dünya
Çin hərbçiləri döyüş əməliyyatlarında istifadə üçün humanoid robotların hazırlanması üzərində çalışır.
News24.az xəbər verir ki, məlumatlara görə, bu robotların real döyüş şəraitində davranışı artıq süni intellekt vasitəsilə modelləşdirilir.
Perspektivdə humanoid robotların ön xətdə müxtəlif tapşırıqları yerinə yetirə biləcəyi bildirilir. Onların kəşfiyyat, eləcə də hücum əməliyyatlarında iştirakı nəzərdə tutulur. Bu isə gələcəkdə ənənəvi əsgərlərin rolunun azalmasına səbəb ola bilər.