Əfqanıstanda zəlzələ oldu

Əfqanıstanda zəlzələ oldu Dünya
Əfqanıstanın şimal-şərqində, Pakistan və Tacikistanla sərhəddə 5,3 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 26 min nəfər əhalisi olan Tacikistanın İşkaşim qəsəbəsindən 35 km cənub-qərbdə, yerin  80 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Yeraltı təkanlar Kabildə hiss olunub. /TASS/