Əkrəm İmamoğlu məhkəmə qarşısına çıxarılacaq
Dünya
İstanbul Böyük şəhər Bələdiyyəsinə qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılmış Əkrəm İmamoğlu da daxil olmaqla, ittiham edilən 402 nəfərin məhkəmə qarşısına çıxacağı tarix məlum olub.
News24.az xəbər verir ki, məhkəmə baxışı gələn il martın 9-da başlayacaq.
Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyük şəhər Bələdiyyəsinə dair “korrupsiya” işi üzrə ittiham aktı hazırlanıb və sənəddə 105-i həbsdə olmaqla 402 şübhəli yer alıb. Hazırlanan ittiham aktı İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
İttiham aktında Əkrəm İmamoğluna 142 hal üzrə ittiham irəli sürülüb. Prokurorluq onun 828 il 2 aydan 2 352 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.