Əl-Qaidə bu ölkələri terrorla - HƏDƏLƏDİ
Dünya
Əl-Qaidə Fransa və İsveç agentliklərini hücumla hədələyib.
News24.az xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” nəşri məlumat yayıb.
“Ərəbistan yarımadasında fəaliyyət göstərən “Əl-Qaidə” Parisdəki nazirliklərdən birinə hücum edərək, İsveç səfirliyini dağıtmaqla hədələyib”, - nəşr yazır.
Qəzet qeyd edir ki, iki ölkəyə qarşı təhdidlər İsveçdə Quran yandırma kampaniyaları ilə bağlıdır.
Təşkilat Fransanın məktəblərdə müsəlman paltarı geyinməyi qadağan etməsi qərarına da qəzəblənib.
Ayşən