Əməkdar atrist 85 yaşında vəfat etdi - Foto
Dünya
Rusiyanın Əməkdar artisti, müğənni Qalina Nenayeva 85 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə televiziya aparıcısı Andrey Malaxov öz “Telegram” kanalında məlumat verib.
Malaxovun qeyd etdiyinə görə, Nenayevanın televiziyada son çıxışlarından biri 2025-ci ildə onun proqramında olub.
Qeyd edək ki, Nenayeva 1941-ci ildə Arxangelsk vilayətində anadan olub. 1958-ci ildə Çelyabinsk opera teatrının xoruna qəbul edilib, daha sonra Ozersk operetta teatrının səhnəsində çıxış edib.
Onun məşhurluğu 1970-ci illərdə artıb. 2000-ci illərin əvvəlində isə müğənni Rusiya Daxili İşlər Nazirliyinin orkestri ilə əməkdaşlıq edib.