Əraqçi və Lavrov regiondakı vəziyyəti müzakirə etdi

Əraqçi və Lavrov regiondakı vəziyyəti müzakirə etdi Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regionda baş verən münaqişə, bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımlar və BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlik bildirib ki, danışıqlarda ABŞ və İsrailin İrana qarşı hərəkətlərinin nəticələrinin aradan qaldırılması məsələlərinə də toxunulub.(APA)