Ərdoğan Atatürkün məzarını ziyarət edir - CANLI
Dünya
Qazi Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar Türkiyənin hər yerində anma mərasimləri keçirilir.
News24.az xəbər verir ki, Prezident Tayyib Ərdoğanın başçılıq etdiyi dövlət rəsmiləri də Anıtqəbirə baş çəkib.
Prezident Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətinə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, Prezident kabinetinin üzvləri, CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Baxçalı, İYİ Partiyasının sədri Meral Akşener, ali məhkəmə orqanlarının rəhbərləri, siyasi partiyaların nümayəndələri və digər dövlət rəsmiləri olub.
Xatırladaq ki, Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.
Qumral