Ərdoğan Melonini Ankaraya dəvət etdi

Ərdoğan Melonini Ankaraya dəvət etdi Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammiti çərçivəsində İtaliyanın baş naziri Corc Meloni ilə görüşüb.

News24.az​​​ xəbər verir ki, iki ölkə liderləri 50 dəqiqə davam edən görüşdə Aralıq dənizi regionunda miqrasiya siyasəti və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ərdoğan həmçinin Melonini Ankaraya səfərə dəvət edib.