Ərdoğan təcili kabineti toplayır - NƏ MÜZAKİRƏ EDİLƏCƏK?

Ərdoğan təcili kabineti toplayır - NƏ MÜZAKİRƏ EDİLƏCƏK? Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilməsi planlaşdırılan Nazirlər Kabinetinin iclasına sədrlik edəcək. 


News4.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. 

 

Milyonlarla məmurun maddi və sosial hüquqlarının təyin olunacağı kollektiv danışıqların gündəmində ölkədəki son vəziyyət, Şimali Kipr Türk Cümhuriyyəti qüvvələri ilə BMT qüvvələrinin adadakı gərginliyi, vergisiz telefon danışıqları və 3 illik yol xəritəsi olacaq.

Xüsusilə iqtisadiyyat və xarici siyasət mövzuları müzakirə ediləcək.

Həmçinin Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək iclasda  7-ci dövr kollektiv müqavilə danışıqlarındakı son vəziyyət müzakirə olunacaq. 

4 milyon məmur və 2,5 milyon təqaüdçü məmurun yaxından müşahidə etdiyi danışıqlarda hökumət bir sıra təkliflər edib.

Bunlardan dövlət qulluqçularına 2024-cü il üçün 25 faiz, 2025-ci il üçün isə 11 faiz artım fikri önə sürülüb.

Rəsmi nümayəndələr təklifin yetərli olmadığını bildirsələr də, sövdələşmə prosesi Nazirlər Kabinetində müzakirə olunacaq. Eyni zamanda zabitlər üçün atılacaq əlavə addımlar nəzərdən keçiriləcək.

Kiprdə gərginlik

Kipr adasındakı Birləşmiş Millətlər Təşkilatı Pile kəndindən Şimali Kipr Respublikasına gedən avtomobil yolu tikintisinin qarşısını almağa çalışıb. 

Nəticədə Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizlik qüvvələri ilə BMT qüvvələri arasında qarşıdurma baş verib. Adada baş verənləri Ankara diqqətlə izləyir. Bu səbəbdən gərginliyin azaldılması, adadakı türk xalqının hüquq və mənafelərinin qorunması istiqamətində görüləcək işlər kabinetdə müzakirə olunacaq.

İQTİSADİYYATIN 3 İLLİ YOL XƏRİTƏSİ

İqtisadiyyatın 3 illik yol xəritəsinin müəyyən ediləcəyi proqramın sentyabrın ilk 2 həftəsində açıqlanması gözlənilir. Proqramın hazırlıqları çərçivəsində hökumət nümayəndələri həmkarlar ittifaqları, maliyyə dairələri, işəgötürənlər və KOM-larla görüşlər keçirib. Həmin danışıqların mülahizələri və hazırlıqları masa üzərində olacaq.

Ayşən