Ərdoğan təxribatçı sual verən urnalisti belə - SUSDURDU

Ərdoğan təxribatçı sual verən urnalisti belə - SUSDURDU Dünya

BMT-nin 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın PBS telekanalında mühüm açıqlamalar verib.

News24.az xəbər verir ki, müsahibə zamanı aparıcı Amna Navaz Ərdoğana terrora görə həbs edilən Sedef Kabaş, Səlahəddin Dəmirtaş və Osman Kavala ilə bağlı təxribatçı sual verib.

Türkiyədə Sedef Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaş kimi “yüksək səviyyəli həbslər” olduğunu müdafiə edərək, “Bu insanları susdurmağa çalışırsınız? Söz mövzusu insanlardan bir təhdid görürsünüzmü?” sualına Ərdoğan belə cavab verib: “Bu sizi niyə bu qədər narahat edir? Türkiyə hüquqi dövlətdir. Hüquqi dövlətdə belə qərarlar məhkəmə tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman məhkəmənin verdiyi bu qərara hörmətlə yanaşaq. Mən ədliyyə adından danışa bilmərəm. Sizin qeyd etdiyiniz bu şəxs (Kavala) protestoların maliyyəçisi olub”.

Proqramın aparıcısı Səlahəddin Dəmirtaşın terrorçu olduğunu və 200-dən çox insanın ölümünə səbəb olduğunu, buna görə də məhkəmənin qərar verdiyini deyən Ərdoğanın sözünü kəsir. Türkiyə lideri isə bu cür reaksiya verir: “Sözümü kəsməyə haqqın yoxdur. Hörmət edəcəksən, məhkəmənin verdiyi qərara hörmət etməlisən”.

Ərdoğan, “Amerika məhkəməsi bir məhkəmədir, Türkiyənin məhkəməsi məhkəmə deyil? Türkiyənin məhkəmə sisteminə də hörmət etməlisiniz”, deyib.

Akqabay