Ərdoğan Türkmənistana səfər edəcək

Ərdoğan Türkmənistana səfər edəcək Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq Sülh və Güvən Forumu”nda iştirak etmək üçün sabah Türkmənistana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial media hesabında yazıb.

“Prezidentimiz “Beynəlxalq Sülh və Güvən Forumu”nda çıxış edəcək. Onun forumda iştirak edən ölkələrin, xüsusilə ev sahibi Türkmənistanın dövlət və hökumət başçıları ilə görüşləri də gözlənilir”, - o qeyd edib.