Ərdoğan və Rəisi nəyi müzakirə etdi?
Dünya
Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi Türkiyədə rəsmi səfərdədir.
News24.az xəbər verir ki, liderlərin təkbətək və nümayəndə heyətləri arasında görüşü olub.
Görüş zamanı ölkə rəhbərləri ikitərəfli əlaqələr çərçivəsində ticarət həcminin 6 milyard dollar civarında artırılması üçün danışıqlar aparıb. Eyni zamanda terrorla mübarizə çərçivəsində PKK-nın bölgədəki varlığını qarşılıqlı şəkildə dayandırmaq üçün atıla biləcək addımlar müzakirə edilib.
Liderlər danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcəklər.
Qumral