Rəcəb Tayyib Ərdoğan Aleksandar Vuçiçlə görüşdü

Rəcəb Tayyib Ərdoğan Aleksandar Vuçiçlə görüşdü Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

News24.az xəbər verir ki, Prezident Ərdoğan Vuçiçi Prezident Sarayının giriş qapısında qarşılayıb.

Liderlər Türkiyə və Serbiya bayraqları önündə foto çəkdiriblər. Daha sonra görüşə keçiblər.

İkili və nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra Ərdoğan və Vuçiç imzalanma mərasiminə qatılacaq və birgə mətbuat konfransı keçirəcəklər.

Görüşdə xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər də iştirak edib.