Ərinin xəyanətini tutdu: Görün nə etdi
Dünya
Türkiyənin Dənizli şəhərində baş verən hadisə ailə dramı ilə nəticələnib.
News24.az xəbər verir ki, üç uşaq anası Əminə Gülnar həyat yoldaşının xəyanətindən şübhələnərək onun mobil telefonunu yoxlayıb. Yazışmalarda başqa bir qadınla əlaqəni aşkar edən qadın şübhələrini dəqiqləşdirmək üçün ərini gizli şəkildə izləməyə başlayıb.
Hadisə günü həyat yoldaşı tərəfindən avtobus dayanacağında düşürülən Ə.Gülnar ərazidən uzaqlaşmayaraq geri qayıdıb. O, ərinin başqa bir evli qadınla görüşərək mənzilə daxil olduğunu müşahidə edib.
Tərəfləri mənzildə uyğunsuz vəziyyətdə yaxalayan qadın həmin anları mobil telefonu ilə lentə alıb. Görüntülərdə digər qadının Ə.Gülnara hücum etdiyi, ərinin isə vəziyyəti sakitləşdirməyə çalışdığı əks olunub. Hadisənin azyaşlı uşağın gözü qarşısında baş verməsi və uşağın ağlama səsləri vəziyyətin dramatikliyini daha da artırıb.
Qeyd edək ki, sözügedən görüntülər Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.