Ermənilər erməniləri Ermənistana - BURAXMIR...

Ermənilər erməniləri Ermənistana - BURAXMIR... Dünya
Daha bir erməninin Ermənistana girişi qadağan edilib. 

News24.az
news.am-a istinadla xəbər verir ki, söhbət Livandan Ermənistana gəlmək istəyən, milliyyətcə erməni olan ABŞ vətəndaşı Areni Markosyandan gedir. 

Markosyan yayımladığı videoda deyir ki, ona hansı səbəbdən ölkəyə girişinə qadağa qoyulması ilə bağlı heç bir məlumat verilməyib. O, artıq 24 saatdan çoxdur ki, “Zvartnots” hava limanındadır və orada gecələməli olub.

Daha sonra məlum olub ki, Markosyan Ermənistan üçün arzuolunmaz şəxslər siyahısına daxil edilib.

“Hraparak” nəşri yazır ki, Areni Markosyan hava limanında aclıq aksiyası elan edəcək.

“Ermənistanın, yoxsa Azərbaycanın “qara siyahısı”nda daha çox ermənilərin adının yazıldığını görürsünüz?” - nəşr yazıb.

Akqabay

Ermənilər erməniləri Ermənistana - BURAXMIR...