Ermənilər niyə Aya uçmur? - Paşinyandan açıqlama
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin niyə Aya uçmadığını izah edib.
News24.az xəbər verir ki, Paşinyan bu barədə dövlət sektorunda innovasiyalar üzrə keçirilən konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, bunun səbəbi Ermənistanda müvafiq sahə üzrə alimlərin və yüksək ixtisaslı mütəxəssislərin olmamasıdır.
Bu kontekstdə Paşinyan ABŞ-nin Aya eniş proqramı olan "Apollo"nu (1961–1975) misal gətirib. Bu proqram NASA tərəfindən həyata keçirilən və Aya enişi nəzərdə tutan pilotlu kosmik missiyalar seriyası olub.
Paşinyan etiraf edib ki, vaxtilə bu layihə üzərində 400 min alimin çalışdığını öyrənməsi onu çox təəccübləndirib.
“Əgər bu proqram üzərində 400 min yox, məsələn, 250 min alim işləsəydi, yəqin ki, o, həyata keçirilməzdi... Əgər bu cür peşəkarlar və alimlər bizdə olsaydı, niyə Aya uçuşdan imtina etməli idik?” – deyə baş nazir bildirib. /Sputnik Ermənistan