"Ermənistan özünü MDB ölkələrinə tərəfdaş kimi aparmır” - Lukaşenko

"Ermənistan özünü MDB ölkələrinə tərəfdaş kimi aparmır” - Lukaşenko Dünya

“Ermənistan özünü MDB ölkələrinə tərəfdaş kimi aparmır”.

News24.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin Bişkek sammitində çıxışı zamanı deyib.

“Qərb bu günə qədər bizi baltalamağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd göstərməkdə davam edir. Birincisi, Gürcüstan bizim birlikdən çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır”, - Belarus lideri bildirib.

Onun sözlərinə görə, bunu kənardan sakit müşahidə etmək olmaz: “Əks halda birlik parça-parça olacaq. Vaxtilə üzərimizə atılan bütün köhnə münaqişələr qaçılmaz olaraq çox acınacaqlı nəticələrlə yenidən gündəmə gəlir. Tanrıya şükürlər olsun ki, bu münaqişələrin bəzilərinin öhdəsindən uğurla gəlinib”.

Ayşən