"Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir"

"Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir" Dünya

News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Paşinyanın sözlərinə görə, hazırda İrəvan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir.

Onun sözlərinə görə, layihənin reallaşması nəticəsində Ermənistan 1990-cı illərin əvvəllərindən faktiki olaraq üzləşdiyi blokadadan çıxacaq.

“İlk növbədə, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Ümumilikdə isə bu, beynəlxalq logistikanı dəyişəcək. Çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək”, – Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyanın sözlərinə görə, bunun nəticəsində Fars körfəzi ölkələri ilə Qara dəniz regionunu birləşdirən dəmir yolu xəttinin də açılması mümkün olacaq.

Ermənistanın baş naziri xatırladıb ki, bir neçə il əvvəl ölkə hökuməti “Sülhün kəsişməsi” adlı layihə hazırlayıb. Onun sözlərinə görə, bütün bu təşəbbüslər artıq reallığa çevrilir.