Ermənistanda ağır qəza: ölən və yaralananlar var

Ermənistanda ağır qəza: ölən və yaralananlar var Dünya

Ermənistanın Araqatsotn vilayətində, Kuçak-Aparan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, qəza zamanı PAZ markalı avtobusla “Opel Zafira” markalı minik avtomobili toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində 5 nəfər həyatını itirib, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan ikisinin vəziyyəti stabil ağırdır.

Qəzanın səbəbləri araşdırılır.