Ermənistanda Vensə 11 milyonluq qonaqlıq verildi
Dünya
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və nümayəndə heyətinin fevralın 9-da Ermənistana səfəri zamanı təşkil olunan furşetə 11 milyon dramdan çox vəsait xərclənib.
News24.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Xidməti tədbirin təşkili üçün şirkətlərdən biri ilə satınalma proseduru əsasında müqavilə bağlayıb.
Furşet 200 nəfər üçün nəzərdə tutulub, əlavə olaraq “Zvartnots” hava limanında daha 50 nəfərə xidmət göstərilib.
Menyuya müxtəlif növ şirniyyatlar, quru meyvələr və qoz-fındıq, mövsümi meyvələr, isti və soyuq yeməklər, o cümlədən kabab, balıq assortisi, kənd üsulu kartof, pendirlər və zeytun, həmçinin təbii və qazlı içkilər daxil edilib.
Xidmətlərin ümumi dəyəri dövlət büdcəsindən ödənilməklə 11 112 600 dram təşkil edib. /Hraparak