Ermənistanda yeni qanun - Pulunu ödə, hərbi xidmətdən yayın

Ermənistanda yeni qanun - Pulunu ödə, hərbi xidmətdən yayın Dünya

Ermənistan parlamenti hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Hayk Sarkisyanın təşəbbüsü ilə hərbi xidmət haqqında qanuna edilən dəyişiklikləri ikinci və yekun oxunuşda qəbul edib.

News24.az xəbər verir ki, artıq 27 yaşına çatmış və orduda xidmət etməmiş kişilər müəyyən məbləğ ödədikdən sonra hərbi xidmətə getməyə biləcəklər:

"Seçim üçün 5 variant təklif olunub.

• 2 il xidmət etmək;

• 1 il xidmət edib 2,5 milyon dram (təxminən 6,2 min dollar) ödəmək;

• 6 ay xidmət edib 5 milyon dram (12,4 min dollar) ödəmək;

• 1 ay xidmət edib 8 milyon dram (21,2 min dollar) ödəmək;

• Ümumiyyətlə xidmət etməyib 15 milyon dram (39,4 min dollar) ödəmək.

Sənədin lehinə 86 deputat, o cümlədən müxalif “Ermənistan” fraksiyasının nümayəndələri səs verib, 5 nəfər əleyhinə çıxıb, bitərəf qalan olmayıb. /Sputnik Ermənistan