Ermənistanın yeni Konstitusiya layihəsi hazırdır

Ermənistanın yeni Konstitusiya layihəsi hazırdır Dünya

Ermənistanın yeni Konstitusiyasının layihə mətni hazırdır.

News24.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbuhi Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib.

Onun sözlərinə görə, layihə əvvəlcə “Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyində və parlament fraksiyasında müzakirə olunacaq.

“Konstitusiya mətnini mümkün qədər tez dərc edəcəyik. Aydındır ki, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Yəni cəmiyyətlə kommunikasiya üçün daha uzun müddətimiz olacaq”, – deyə Qalyan bildirib.

Nazirin sözlərinə görə, məqsəd sənədin mətninin mümkün qədər çox vətəndaş tərəfindən tanış olunmasını təmin etməkdir.

Bundan əlavə, aparılacaq müzakirələr bəzi məsələlər üzrə Ədliyyə Nazirliyinin mövqeyinin yenidən nəzərdən keçirilməsi üçün əsas yarada bilər.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, çünki bu, münaqişəyə səbəb olur. (Sputnik Armenia)