Evə ildırım düşdü, 3 qız öldü

Evə ildırım düşdü, 3 qız öldü Dünya

Uqandanın Kabale rayonunda üç azyaşlı qızı ildırım vurub.

News24.az xəbər verir ki, hadisə zamanı qızların valideynləri evdə olmayıb. Onlar leysan yağışdan qorunmaq üçün mətbəxə sığınıblar.

İldırım vurmasından ölən qızların ikisinin 13, digərinin dörd yaşı olub.

İldırımın evə düşməsi nəticəsində onlar hadisə yerində keçiniblər.