Faciədən son anda xilas oldular - Hava limanında dəhşət
Dünya
ABŞ-nin Kaliforniya ştatında “United Airlines” şirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi eniş zamanı hərbi helikopter “Black Hawk” ilə toqquşmadan son anda yayınıb.
News24.az xəbər verir ki, bu barədə “Flightradar” məlumat yayıb.
Məlumata görə, insident martın 24-də baş verib.
Trayektoriyaların kəsişdiyi anda iki hava nəqliyyatı vasitəsi arasındakı məsafə təxminən 460 metr olub. Toqquşma təhlükəsi ilə bağlı bortdakı avtomatik xəbərdarlıq sistemi işə düşdükdən sonra layner yarım dəqiqə enişi dayandırıb.
Bildirişdən üç dəqiqə sonra isə təyyarə hava limanına uğurla eniş edib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.