Filippin Çinə - xəbərdarlıq etdi
Dünya
Filippin Pekinə Çin dənizindəki son insidentə görə məhkəmə iddiası ilə bağlı xəbərdarlıq edib.
News24.az xəbər verir ki, dünən Çin gəmiləri ilə ayrı-ayrılıqda toqquşma nəticəsində iki Sahil Mühafizə gəmisinin zədələndiyi iddia edilib.
Manila Times-ın məlumatına görə, Milli Dəniz Şurasının sözçüsü Alexander Lopez Filippinin məhkəməyə müraciət etməyi nəzərdən keçirdiyini bildirib və Pekini beynəlxalq hüququ pozmaqda ittiham edib.
"Biz buna xüsusi olaraq Sahil Mühafizəsi perspektivindən baxırıq, çünki onlar daha çox bilirlər" Lopez deyib.
O, Çini “aqressiv hərəkətlərdən çəkinməyə və beynəlxalq hüquqa əməl etməyə” çağırıb.
Filippin dünən bildirib ki, iki Sahil Mühafizə gəmisi mübahisəli Cənubi Çin dənizi rifi yaxınlığında “qanunsuz və təcavüzkar manevrlər” edən Çin gəmiləri ilə ayrı-ayrılıqda toqquşub.
Eyni zamanda, keçən həftə Manila mübahisəli Cənubi Çin dənizində “təhlükəli manevrlər” adlandırdığına görə Pekinə diplomatik etiraz edib.
Manila qeyd edib ki, Çin hərbi təyyarələri Scarborough Shoal üzərindən uçan Filippin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin yoluna fişənglər atıb.
Bununla belə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian daha sonra Filippini Huangyan Daoda (Scarborough Shoal) “pozucu fəaliyyətləri və təxribatları” dərhal dayandırmağa çağırıb.
Çin Filippinin Palavan adasından 140 kilometr qərbdə yerləşən Sabina Shoal da daxil olmaqla Cənubi Çin dənizinin böyük hissəsinə iddia edir.
Günel Məlikzadə