Filippində bərə qəzası: - 7 ölü, 23 yaralı var

Filippində bərə qəzası: - 7 ölü, 23 yaralı var Dünya
Filippinin paytaxtı Manilanın şərqində, Quezon şəhəri sahillərində bərədə Yanğın Baş Verib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, baş verən yanğın nəticəsində ən azı 7 nəfərin öldüyü, 23 nəfərin yaralandığı açıqlanıb.

Filippin Sahil Mühafizəsi qrupları 130-dan çox adamın olduğu bərədə baş verən yanğın nəticəsində 2-si kişi və 5-i qadın ən azı 7 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını açıqlayıb.

Sahil Mühafizəsi də açıqlamasında bərədəki 120 sərnişinin xilas edildiyini bildirib.

Səlahiyyətlilər yanğının maşın otağından başladığını bildirib.