Filippində Bulusan vulkanının ətrafındakı evlər boşaldıldı
Filippinin ən aktiv vulkanlarından biri hesab edilən Bulusan vulkanı dünən 17 dəqiqə qrunt suları püskürdüb.
News24.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bir müddət sonra vulkanın üzərində uzunluğu azı 1 kilometr olan sıx boz tüstü müşahidə olunub.
Bölgədəki kül yağışı səbəbindən ərazidəki insanların təxliyə edilib.
Qeyd edək ki, püskürmədən əvvəl ərazidə bir gündə 77 vulkanik zəlzələ qeydə alınıb.