Filippində tayfun 40 nəfərin həyatına son qoydu
Dünya
Filippində “Kalmaegi” tayfunu nəticəsində ölənlərin sayı 40-a çatıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, qasırğa sahilə çatdıqdan sonra gücünü bir qədər itirsə də, ölkəyə 130 km/saat sürətlə və 180 km/saatadək güclü küləklərlə təsir göstərməyə davam edib.
Noyabrın 3-də tayfun səbəbindən 150 mindən çox sakin təxliyə edilib. Hakimiyyət orqanları leysan yağış, güclü külək və 3 metrədək yüksələn dalğalar barədə xəbərdarlıq edib. Həmçinin mərkəzi Neqros adasındakı kənd sakinlərinə də xəbərdarlıq edilib ki, son aylarda vulkanik fəaliyyət göstərən Kanlaon vulkanında sel axınları baş verə bilər.