Finlandiyaya dron bu ölkədən atılıb – Üzr istədilər

Finlandiyaya dron bu ölkədən atılıb – Üzr istədilər Dünya

Finlandiyaya dron düşüb. Hadisə səhər saatlarında baş verib. Məlumata görə, istiqaməti itirən 2 dron Finlandiyanın hava məkanını pozub.

News24.az xəbər verir ki, ölkə Prezidenti Aleksandr Stubb dronlardan birinin Ukraynaya məxsus olduğunu açıqlayıb.

Ukrayna xarici işlər naziri Georgi Tixiy Ukrayna dronları ilə bağlı insidenti rəsmi olaraq qəbul edib və buna görə Finlandiyadan üzr istəyib.

Qeyd edək ki, hadisə zamanı heç bir təhlükəli hal yaşanmayıb.