Əfqanıstanda qadınlarla bağlı qalmaqallı qanun – “icazə verildi”, amma…
Dünya
Əfqanıstanda qadınlara qarşı zorakılıqla bağlı yeni qanun qəbul edildiyi iddia olunur.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır.
Mənbənin məlumatına görə, yeni qaydalara əsasən, kişilərə həyat yoldaşlarını döyməyə icazə verilir, lakin bu, ağır xəsarətlə nəticələnməməlidir. Bildirilir ki, əgər kişi qadını, məsələn, çubuqla döyərsə, o zaman 15 sutkalıq həbs cəzası ala bilər.
Məlumatda qeyd olunur ki, qadınların tez-tez ata evinə sığınmasına da məhdudiyyət tətbiq edilib. İddialara görə, əgər qadın mütəmadi olaraq atasının evinə gedərsə, bu halda üç ayadək həbs oluna bilər.
Qanunla bağlı rəsmi qurumların geniş izahı hələlik açıqlanmayıb.