Krım tatarlarının evlərində - AXTARIŞLARA BAŞLANDI - FOTO
Dünya
Krımda Rusiya təhlükəsizlik qüvvələri səhər saat 4-dən etibarən Krım tatarlarının evlərindı axtarışlar aparır.
News24.az xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov bildirib.
“Səhər saat 4-dən etibarən ruslar Baxçasaray bölgəsində Krım tatarlarının evlərinə girərərk axrarışlara başlayıblar”, - Çubarv deyib.
Onun sözlərinə görə, Ruslan Asanov, Seydamət Mustafayev, Rəmzi Nemətullayev, Əbdülməcid Seytumerov, Ametxan Umerov və Eldar Yakubovun evlərində axtarışlar aparılır.
Çubarov rusların bu cür hərəkətlərini Krım Platformasının avqustun 23-də Kiyevdə keçirilən üçüncü sammitinə görə Krım tatarlarından qisas almaq və Krımın azad edilməsi qorxusu kimi qiymətləndirir.
“Krım Həmrəyliyi”nin məlumatına görə, axtarışları FTX aparır.
Rusiya təhlükəsizlik qüvvələri əvvəllər aksiyalarda iştirak etdiklərinə görə saxlanılan, həbs edilən və ya cərimələnən şəxslərin, habelə siyasi məhbusların yaxınlarının evlərinə gəlib.
Akqabay