Gəmi qəzasında 40-dan çox miqrant - ÖLDÜ

Gəmi qəzasında 40-dan çox miqrant - ÖLDÜ Dünya
İtaliyanın Lampeduza adasının sahillərində gəminin batması nəticəsində 41 miqrant ölüb.

News24.az
 
xəbər verir ki, xilasedicilər gəmidə üç uşaq da daxil olmaqla, 45 nəfərin olduğunu bildiriblər.

Məlumata görə, 7 metr uzunluğundakı gəmi keçən həftənin cümə axşamı günü Tunisin Sfaks şəhərindən çıxıb, lakin böyük dalğanın vurmasından bir neçə saat sonra batıb. Yalnız 15 nəfərin xilasedici jilet geyindiyi güman edilir.

Aydan