Gürcüstan prezidenti konstitusiyanı pozdu

Gürcüstan prezidenti konstitusiyanı pozdu Dünya

Gürcüstan prezidenti Salome Zurabişvili Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya getmək qərarına gəlməklə konstitusiyaya zidd addım atıb.

News24.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasından olan deputat İrakli Çikovani deyib.

Onun sözlərinə görə, dövlət başçısının hökumətin razılığı olmadan xaricə getmək hüququ yoxdur.

“Konstitusiyaya hörmət hər kəsdən, hətta prezidentdən də tələb olunur. Salome Zurabişvilinin hərəkətləri konstitusiyaya ziddir və o, öz hərəkətləri ilə legitimliyini və aktuallığını itirdiyini və yalnız siyasi reputasiyasını qorumaq üçün hərəkət etdiyini sübut edir”, - Çikovani izah edib.

Ayşən