Gürcüstan Ukraynanın Saakaşviliyə qarşı tələblərini - şantaj adlandırdı

Gürcüstan Ukraynanın Saakaşviliyə qarşı tələblərini - şantaj adlandırdı Dünya
Gürcüstan parlamenti Kiyevin Saakaşvili ilə bağlı siyasi şantajla məşğul olduğunu bildirib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, respublika parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinin sədri Mixail Sarjveladze hesab edir ki, Ukraynanın hakim partiyası olan “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamianın siyasətçini əfv etməsi ilə bağlı müraciəti doğru deyil.

“Bütün bunlar bir növ siyasi şantaj deməkdir. Siz bununla Gürcüstan-Ukrayna münasibətlərini riskə atırsınız. Bütün bunlar münasibətlərin korlanmasının təşəbbüskarıdır”, - Sarjeveladze bildirib.

O, həmçinin əlavə edib ki, Ukrayna siyasətçiləri Gürcüstanın imicinə zərbə vurmağa çalışırlar.

Aynurə