“Qiyamət günü təyyarəsi” Trampa görə havaya qalxdı
Dünya
ABŞ-nin “Qiyamət günü təyyarəsi” kimi tanınan hərbi “E-4B Nightwatch” təyyarəsi Amerika lideri Donald Trampın Çinə səfəri zamanı onu müşayiət edib.
News24.az xəbər verir ki, bu barədə “The War Zone” nəşri məlumat yayıb.
Məlumata görə, Trampın səfəri zamanı ABŞ üç prezident təyyarəsindən istifadə edib.
“E-4B” isə Nebraskadakı aviabazadan havaya qalxaraq Yaponiyanın Okinava adasına göndərilib və prezident təyyarələrini geri dönüş zamanı müşayiət edib.
“E-4B” nüvə müharibəsi və digər fövqəladə vəziyyətlərdə ABŞ rəhbərliyinin havadan idarəetmə mərkəzi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulub.
Təyyarə elektromaqnit impulslarından qorunur və günlərlə havada qala bilir.