Gürcüstanın Şovi kurort zonasında ölənlərin sayı 28-ə çatıb - VİDEO
Dünya
Gürcüstanın qərbində, Oni bələdiyyəsinin ərazisindəki Şovi kurort zonasında xilasetmə əməliyyatları davam edir.
News24.az xəbər verir ki, xilasetmə əməliyyatları torpaq sürüşməsi baş vermiş ərazinin episentrindən 55 kilometr aralıda Rioni və Çançaxa çaylarının sahillərində və kiçik adacıqlarda davam etdirilir.
Xilasedicilər avqustun 20-də daha bir nəfərin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər. Bununla da təbii fəlakət qurbanlarının sayı 28-ə çatıb. Daha 5 nəfərin axtarışları davam etdirilir.
Ətraflı RTV-nin süjetində: