Haitidə silahlı hücum: ölü sayı artdı – YENİLƏNDİ
Dünya
Haitidə silahlı qarşıdurma zamanı ölənlərin sayının 70 nəfərə çatdığı bildirilir.
News24.az xəbər verir ki, məlumat insan hüquqları sahəsi üzrə fəaliyyət göstərən qurum rəsmisi tərəfindən açıqlanıb.
Bu rəqəm daha əvvəl açıqlanan rəqəmlərdən qat-qat çoxdur. Belə ki, daha əvvəl polisin açıqlamasında ölü sayının 16 olduğu bildirilib.
**21:45
Haitidə Petite-Rivyer şəhərində silahlı hücum olub. Azı 16 nəfər öldürülüb, 10 nəfər yaralanıb.
News24.az xəbər verir ki, silahlı dəstə ilə polis arasında qarşıdurma yaşanıb.
Yerli mülki müdafiə qurumlarının ilkin hesabatında isə daha ağır nəticələr qeyd olunub: 17 nəfərin öldüyü, 19 nəfərin yaralandığı bildirilib. (Reuters)