HƏMAS daha bir girovun meyitini təhvil verdi

HƏMAS daha bir girovun meyitini təhvil verdi Dünya

HƏMAS israilli girovun meyitinin olduğu tabutu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.

News24.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hazırda tabut girovun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Təl-Əvivə aparılır.

Qeyd edək ki, atəşkəs razılaşmasına uyğun olaraq HƏMAS tərəfindən İsrailə təhvil verilməsi nəzərdə tutulan 28 girovdan indiyə qədər 20-si geri qaytarılıb - bunlardan 18-i İsrail, ikisi isə Tailand və Nepal vətəndaşlarıdır.