HƏMAS-dan Putini - ALQIŞLADI

HƏMAS-dan Putini - ALQIŞLADI Dünya

İsrail və HƏMAS arasında qarşıdurmaların tam intensivliyi ilə davam etdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin mümkün quru əməliyyatı barədə xəbərdarlıq edərək deyib:

“Bu müharibənin hamı üçün ciddi nəticələri ola bilər”. 

News24.az “Habertürk”-ə istinadən xəbər verir ki, Həmas Putinin bəyanatını alqışlayıb. 

“Biz Putinin xalqımıza qarşı davam edən sionist təcavüzə münasibətini və Qəzza zolağının mühasirəsinə qarşı çıxmasını yüksək qiymətləndiririk”. 

Qeyd edək ki, günlərdir bölgəni mühasirəyə alaraq bombalayan İsrail, saat 16:00-a qədər mülki vətəndaşların gediş-gəlişinə icazə veriləcəyini və 6 saat ərzində icazə verilən yollarda heç bir hücumun olmayacağını açıqlayıb.

Ülkər ABDURAHMANLI