HƏMAS-dan qəzza ilə bağlı - AÇIQLAMA
Dünya
HƏMAS-ın sözçüsü Əbdüllətif Kanu Telegram səhifəsində açıqlama verib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
"Qəzzanı və ya torpaqlarımızın bir hissəsini idarə etmək xalqımız, Fələstinin şəxsi işidir və yerdəki heç bir qüvvə bu faktı dəyişdirə və ya öz iradəsini tətbiq edə bilməz"
Kanu HƏMAS-ın milli azadlıq hərəkatı və Fələstin xalqının ayrılmaz hissəsi olduğunu, bütün qanun və normalara uyğun olaraq işğala qarşı müqavimət və mübarizə aparmaq hüququna malik olduğunu bildirib. Həmas sözçüsü vurğulayıb ki, Fələstinin haqq işi üçün ləğv və deportasiya planlarında uğursuzluğa düçar olan Fələstin xalqı öz torpaqlarında sarsılmaz dayanır və heç kimə planlarını həyata keçirməyə imkan verməyəcək.
Ülkər Abdurahmanlı