HƏMAS əsirlərin videosunu - YAYDI
Dünya
HƏMAS Teleqram kanalında əsir saxladığı üç nəfərin İsrail hakimiyyətinə müraciətini dərc edib.
News24.az xəbər verir ki, 76 saniyəlik videoda qadınlardan biri ivrit dilində İsrail hökumətini HƏMAS-ın oktyabrın 7-də hücumu zamanı insanları müdafiə etmədiyinə görə tənqid edir və İsraili girovların dəyişdirilməsinə çağırır.
“İzzəddin əl-Qəssam Briqadaları (HƏMAS-ın döyüşçü qanadı) tərəfindən saxlanılan bir sıra israilli əsirlər Netanyahuya (Binyamin Netanyahu – İsrailin Baş naziri) və hökumətə mesaj ünvanlayırlar”, - videonun qeyd yerində yazılıb.
Öz növbəsində İsrailin “Yedioth Ahronoth” qəzeti videomüraciəti şərh edərək, bunun “psixoloji müharibənin bir hissəsi” olduğunu yazıb. Eyni zamanda bu videonun harada, nə vaxt və hansı şəraitdə çəkildiyi barədə məlumatın olmadığını vurğulanır.
Videodakı adınların kimliyini dəqiqləşdirmək dərhal mümkün olmayıb.
Qeyd edək ki, İsrail ən azı 239 nəfərin əsir saxlanıldığını bildirir.
Akqabay