Hər kəs İrandan yayılan bu görüntülərdən danışır: Qadınlar silahlanıb...

Hər kəs İrandan yayılan bu görüntülərdən danışır: Qadınlar silahlanıb... Dünya

Tehranda rejim tərəfdarı aksiyalar zamanı qeydə alınan görüntülər beynəlxalq medianın və sosial şəbəkələrin gündəminə çevrilib.

News24.az xəbər verir ki, paytaxt Tehranda təşkil olunan nümayişlər zamanı bir qrup qadının hərbi texnika və silah daşıyan nəqliyyat vasitələrinin üzərində parad keçirdiyi əks olunub. Sosial şəbəkələrdə sürətlə yayılan kadrlarda iştirakçıların silahlandığı və hərbi hazırlıq nümayiş etdirdiyi görünür.

Məlumata görə, sözügedən aksiya ABŞ və İsrail ilə yaşanan gərginliyin artması fonunda təşkil edilib. Nümayişçilər ölkəyə qarşı mümkün hücumlara sərt müqavimət göstəriləcəyi ilə bağlı şüarlar səsləndirərək hakimiyyətə dəstək mesajları veriblər.

Ekspertlər qeyd edirlər ki, regionda davam edən siyasi və hərbi gərginliyə baxmayaraq, bu cür aksiyalar İran cəmiyyətinin müəyyən bir hissəsinin mövcud hakimiyyətin kursunu dəstəklədiyini nümayiş etdirmək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən görüntülər həm yerli, həm də dünya mətbuatında İrandakı daxili dinamika və ideoloji mobilizasiyanın göstəricisi kimi şərh olunur.