Tramp: "ABŞ İran üzərində qələbəyə yaxındır"

Tramp: "ABŞ İran üzərində qələbəyə yaxındır" Dünya

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehran üzərində qələbəyə yaxın olduğunu bildirərək İrana razılaşma əldə etmək üçün imkan yaratdığını deyib.

News24.az xəbər verir ki, Tramp bu fikirləri Şükranlıq Günü münasibətilə amerikalı hərbçilərlə görüşü zamanı səsləndirib.

“Qələbə artıq yaxındır. Düzünü desəm, bu, mən istədiyim zaman baş verəcək”, – deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, Ağ Ev İranla danışıqlar aparmaq imkanını hələ də açıq saxlayır.

“Biz nəzakətli davranmağa çalışırıq. Onlara razılaşma əldə etmək və çoxlu sayda insanın həyatını xilas etmək üçün hər cür imkan yaradırıq. Lakin onların bundan istifadə edəcəyinə əmin deyiləm”, – deyə Tramp qeyd edib.